Çünki sizin İnamınız Bizim uğurumuzdur !

Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
Ben.X
Sizin doğru seçiminiz
Bizi Facebook-da izləyin
BaVza Collection
Şöbələrimiz

Optika » Eynək şüşələri » Antireflekt »

Antireflekt təbəqələrdən danışmazdan öncə, işığın əks olunması prossesinə nəzər yetirək. Linzanın üzərinə düşən işığın bir hissəsi əks olunur, bir hissəsi udulur, bir hissəsi isə sınaraq digər tərəfə keçir. Şüanın linzanın səthinə dəyib əks olunması linzayla ətraf mühitin (hava) şüasındırma əmsallarının fərqindən asılıdır. Qeyd etmək lazımdır ki əksər hallarda işıq şüalarının əks olunması gözdə alınan təsvirin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.
İşıq şüalarının linza səthindən əks olunan miqdarını azaltmaq üçün işığın interferensiya xassəsindən istifadə olunur. Başqa sözlə, əksolunma sərhədinə (linza-hava) daha bir təbəqə əlavə olunur.
Antireflekt təbəqə sayəsində eynəklər onun linza səthinə düşən işıq şüalarının əksər hissəsini keçirir və vizual olaraq daha az seçilir. Sıradan şüşələrdə şüaların linza səthində itməsi 4.3-13% olduğu halda, antireflekt təbəqəli şüşələrdə bu rəqəm 0.6-1.2%-ə dək azalır. Belə eynəklər xüsusən avtomobil idarə edənlər şəxslər üçün daha vacibdir. Axşam-gecə vaxtlarında yolu tam görmək üçün antireflekt eynəklərin əhəmiyyəti böyükdür. Belə ki, qarşıdan gələn avtomobilin işıqlarının gözləri qamaşdırmasının qarşısını alınmasına yardım edir.
Bu təbəqənin qalınlığı təqribən 0.1 mikrometrdir, hansı ki əsasını Maqnezium-flüorid birləşməsi təşkil edir. Bu təbəqənin linzanın üzərinə çəkilməsi çətin prosses deyil. Lakin bu təbəqənin keyfiyyətli çəkilməsi üçün linza səthinin hamar cilalanması şərtdir.
Belə bir stereotip var ki, antireflekt təbəqəli eynəklər daha tez kirlənir. Əslində isə belə eynəklərdə kir hissəcikləri daha tez və aydın nəzərə çarpır. Bu da istifadəçilərdə eynəklərə qulluq üçün əlavə stimul ola bilər


Copyright © 2017 Inam MMC. Bütün hüquqlar qorunur.