fbpx
Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
BİZİ INSTAGRAM-DA İZLƏYİN
BİZƏ WHATSAPP-DAN YAZIN
BİZİ FACEBOOK-DA İZLƏYİN

Optika » Eynək şüşələri » İncəldilmiş »

Aşağı ölçülü eynək linzaları kifayət qədər nazik və yüngül olur, narahatçılıq törətmir və istifadəçinin vizual təsviri təhrif etmirlər. Lakin yüksək dərəcəli qüsurlar zamanı optik qüvvəsi çox olan eynək şüşələrindən istifadə etmək zərurəti yaranır. Belə linzalar kiçik ölçülərlə nisbətdə çox daha qalın və ağır olurlar. Uzağıgörmə qüsuruna təyin edilən eynəklər (mənfi dioptriyalı) kənarlardan, yaxını görmə qüsuruna təyin edilənlər (müsbət dioptriyalı) isə mərkəzi hissəsindən qalın olurlar. Böyük ölçülərə malik mənfi dioptriyalı linzalar bəzi hallarda eynək çərçivəsinə uyğun gəlmir. Belə olduqda eynək istifadəçisi elə çərçivə seçməyə məcbur olur ki, linzanın qalınlığını gizlətsin. Bu istifadəçi üçün əlavə problemlər meydana çıxarır. Həmçinin yüksək optik qüvvəli linzalar vizual olaraq istifadəçinin gözlərini kənardan fərqli göstərir – müsbət linzalar gözləri vizual olaraq böyüdür, mənfi linzalar isə kiçildir. İstifadəçi üçün bunlardan əlavə ağır eynəkləri istifadə etmək çətinlik törədirç hansı ki burun üzərinə təzyiq edir və çox zaman eynək çərçivəsi iz qoyur.
Bütün bu tip problemləri həll etmək üçün yüksək şüasındırma əmsalına malik optik materialların öyrənilməsinə başlandı. Bu qrupa şüasındırma əmsalı təxminən 1.59-dan böyük olan materiallar daxildir. Bu əmsalın böyüklüyündən asılı olaraq, əmsal artdıqca linza da bir o qədər nazikləşir.
Optik polimerlərin şüasındırma əmsalları 1.5-dən 1.74-ə qədər dəyişir. Məsələn bu göstəricisi 1.7 olan linza özünün sıradan analoqundan təqribən iki dəfə daha nazik və elastik olacaq. Bu linzaların bir üstün xüsusiyyəti də budur ki, onların çəkisi daha azdır.
Bu tip eynək linzaları yaxşı olar ki, antireflekt təbəqəsi ilə örtülmüş olsun. Belə ki, yüksək şüasındırma əmsalına malik linzalar ona düşən şüaların 50%-ə yaxınını əks edir. Antireflekt təbəqə isə bu linzaları daha şəffaf edir, görüntü keyfiyyətini yaxşılaşdırır və digər bir qrup xoşagəlməz reflektləri aradan qaldırır.

Sifarişləriniz üçün (055) 4044355 WhatsApp və ya (012) 4094355 şəhər nömrələri ilə əlaqə saxlaya, həmçinin saytımızın “Onlayn əczaçı” bölməsindən istifadə edə bilərsiniz. Sifarişlərin çatdırılması PULSUZ həyata keçirilir.

WhatsApp2

Copyright © 2024 BAVZA MMC. Bütün hüquqlar qorunur.