fbpx
Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
BİZİ INSTAGRAM-DA İZLƏYİN
BİZƏ WHATSAPP-DAN YAZIN
BİZİ FACEBOOK-DA İZLƏYİN

Optika » Eynək şüşələri » Proqressiv »

40-45 yaşında sonra insan orqanizmi yaşla əlaqədar olaraq bir sıra dəyişiklərə məruz qalır. Göz zəifliyi də bu dəyişikliklər qrupuna daxildir. Daha öncələr eynəklərdən istifadə etməmiş şəxslərdə artıq eynəklərə təlabat yaranır. Daha öncələr müsbət və mənfi linzalı eynək taxan şəxslər isə artıq daha böyük nömrəli linzalara müraciət etməli olurlar. Bu hal tibbdə presbiopiya adlanır və adətən 65 yaşlarına qədər inkişaf edir. Bu ‘inkişaf’ irəlilədikcə eyni nömrəli eynəkdən istifadə artıq yetərli olmur. Bəzən eyni zamanda bir neçə eynəkdən istifadə olunur. (Oxumaq üçün ayrı, televizora baxmaq üçün ayrı, komputerdə işləmək üçün ayrı və s.)
Çox sayda eynəkdən istifadə problemini aradan qaldırmağın ən effektiv yolu proqressiv eynək linzalarıdır. Bu tip linzalar həm yaxıngörmə, həm uzaqgörmə problemlərini aradan qaldırmaq üçün nəzərdə tutulub. Belə ki proqressiv eynək şüşələrinin yuxarı hissəsi uzağı, aşağı hissəsi isə yaxını görmə təyinatlıdır. Sadəcə eynək şüşəsini təlabata uyğun azacıq bucaq altında istiqamətləndirmək lazımdır.
Onu da qeyd edək ki, bu tip linzalar həm vizual olaraq adi eynək şüşələrindən fərqlənmir, həm də baxış sahələrini dəyişdikdə gözdə ağrılar müşahidə olunmur.

Sifarişləriniz üçün (055) 4044355 WhatsApp və ya (012) 4094355 şəhər nömrələri ilə əlaqə saxlaya, həmçinin saytımızın “Onlayn əczaçı” bölməsindən istifadə edə bilərsiniz. Sifarişlərin çatdırılması PULSUZ həyata keçirilir.

WhatsApp2

Copyright © 2024 BAVZA MMC. Bütün hüquqlar qorunur.