Çünki sizin İnamınız Bizim uğurumuzdur !

Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
Ben.X
Sizin doğru seçiminiz
Bizi Facebook-da izləyin
BaVza Collection
Şöbələrimiz

İdman qida əlavələri » Amin turşular »

Aminoasitler tərkibinə orqanizmin əzələ hüceyrələrində zülal sintezi üçün gərəkli olan peptidlər və sərbəst amin turşuları kompleksi daxil olan preparatdır. Aminoasitleinr tərkibində şaxələnmiş amin turşularının əlavə ehtiyatı (BCAA)(L-leysin, L-valin, L-izoleysin), eləcə də taurin var. Şaxələnmiş amin turşuları bədənin əzələ toxumasının təxminən 35%-ni təşkil edir və bunun nəticəsində orqanizmdə azot balansının dəstəklənməsi kimi vacib rolu tamamlayır. Anabolik təsirə malik təbii mənşəli amin turşular sintetik analoqlarından fərqli olaraq, qəbulundan sonra rahat mənimsənilir, metabolik proseslərə qatılaraq, qabarıq effekt nümayiş etdirirlər. Mükəmməl tərkibi və zəngin aminturşu ehtiyatları peşəkar atletlərin əzələ kütləsini artırmaq strategiyasını tez bir zamanda reallığa çevirir. Saf, təmizlənmiş təbii tərkib sayəsində aminoasitler istifadə müddətindən asılı olmayaraq, idmançılarda xoşagəlməz yan təsirlərin yaranmasına səbəb olmur. Bu xüsusiyyətlərinə görə bir çox idmançılar öz karyeralarını aminoasitlərə etibar edirlər.
Göstərişləri
Bodibildinq, paurliftinq və digər ağır atletika idman növlərində:
• Əzələ kütləsinin artırılması;
• Intensiv məşqlərdən zamanı ruh yüksəkliyinin və bədən tonusunun bərpası;
• Bədən quruluşunun və çəkinin korreksiyası;
• İdman pəhrizi zamanı orqanizmin zülallara və enerjiyə olan tələbatının ödənilməsi;
Eyni zamanda, vegeterian qidalardan istifadə edənlər də orqanizmin amin turşularına gündəlik tələbatının ödənilməsi məqsədilə aminoasitləri qəbul edə bilərlər.
Qəbul qaydası və dozalanma:
Məşqdən qabaq və sonra 6 kapsul qəbul edilməlidir.
Əks göstərişləri:
Preparatın komponentlərinə qarşı hiperhəsslıq.
Hipertoniya zamanı həkim məsləhəti ilə qəbul edilməlidir.

Yan təsirləri:
Preparatın qəbulundan sonra nadir hallarda dispeptik əlamətlər müşahidə oluna bilər.


Copyright © 2017 Inam MMC. Bütün hüquqlar qorunur.