Çünki sizin İnamınız Bizim uğurumuzdur !

Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
Ben.X
Sizin doğru seçiminiz
Bizi Facebook-da izləyin
BaVza Collection
Şöbələrimiz

İdman qida əlavələri » BCAA »

Tərkibində vitamin B6 olan şaxələnmiş zəncirli amin turşuları kompleksi. L-qlutamin və vitamin B6 ilə zəngin, 2:1:1 nisbətdə şaxələnmiş zəncirli (leysin, valin, izoleysin) yüksək keyfiyyətli amin turşuları tərkibdiri. ВСАА tozu – zülal sintezini stimullaşdırır, əzələlərin dözümlülüyünü artırır, əzələlərin kortizollar tərəfindən dağıdılmasının qarşısını alır, yağları yandırır, əzələ toxumasında qlutaminin səviyyəsini artırır, immuniteti gücləndirir. ВСАА toz – səciyyəvi olmayan budaqlı strukturlu amin turşulardır. Onlara leysin, izoleysin, valin aiddir. BCAA kortizolun sekresiyasını dayandırır, əzələ ağrılarını azaldır. Yaxın zamanlara qədər alimlərin təxmin etdikləri BCAA-nın təbii anabolik təsiri onunla izah olunur ki, hər üç amin turşusu zülal sintezinin aktiv iştirakçılarıdır. Bununla belə, “üstün” rol leysinə aiddir. O əzələ hüceyrəsinin daxilində yeni zülalın qurulmasının başlanmasına siqnal verir. BCAA-nın sonrakı öyrənilməsi göstərdi ki, hər şey çox sadə və eyni zamanda mürəkkəbdir. BCAA anabolik testosteronun irəli çıxmasına imkan verərək, kortizolun sekresiyasını dayandırır. Eyni zamanda alimlər müəyyən ediblər ki, BCAA-nın qəbulu əzələlərdə məşqdən sonrakı ağrıları əhəmiyyətli dərəcədə azaldır.
Beləliklə, BCAA
Əzələ inkişafıni sürətləndirir;
İntensiv və ağır məşqlər zamanı əzələlərin dözümlülüyünü artırır;
Əzələ ağrılarını aradan qaldıraraq, növbəti məşqlərə qədər əzələlərin bərpasını tezləşdirir;
Hər məşqdən sonra əzələ gücünü hiss olunacaq dərəcədə artırır;
Dərialtı piyləri əridərək “relyef” bədən quruluşu əldə edir.

Göstərişləri:
Bodibildinq, paurliftinq və digər ağır atletika idman növlərində
• Əzələ kütləsinin artırılması;
• Intensiv məşqlərdən zamanı ruh yüksəkliyinin və bədən tonusunun bərpası;
• Bədən quruluşunun və çəkinin korreksiyası;
• İdman pəhrizi zamanı orqanizmin zülallara və enerjiyə olan tələbatının ödənilməsi;
Eyni zamanda, vegeterian qidalardan istifadə edənlər də orqanizmin amin turşularına gündəlik tələbatının ödənilməsi məqsədilə ВСАА qəbul edə bilərlər.
Qəbul qaydası və dozalanma:
Gündə 1-2 porsiya – yeməkdən öncə və ya məşqdən əvvəl və sonra, yaxud yatmazdan əvvəl.
10q tozu (ölçü qaşığı ilə 25 ölçü vahidi) 200ml suda həll etməli. Hazırladıqdan dərhal sonra qəbul edilməlidir.
Əks göstərişləri:
Preparatın komponentlərinə qarşı hiperhəsslıq.
Yan təsirləri:
Preparatın qəbulundan sonra nadir hallarda dispeptik əlamətlər müşahidə oluna bilər.


Copyright © 2017 Inam MMC. Bütün hüquqlar qorunur.