Çünki sizin İnamınız Bizim uğurumuzdur !

Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
Ben.X
Sizin doğru seçiminiz
Bizi Facebook-da izləyin
BaVza Collection
Şöbələrimiz

İdman qida əlavələri » Creatine »

Kreatin əzələ hüceyrələrində enerjinin əsas daşıma vasitəsinin molekuludur. Orqanizmdə kreatin səviyyəsinin müvafiq şəkildə tamamlanması kreatin-fosfatın tərkibini artırır ki, bu da əzələlərin işinin intensivliyi və effektliliyinin artmasına töhfə verən tez təkrar ATF – birbaşa enerji mənbəyi sintezinə imkan verir.
Əzələlərdə kreatinin yüksək konsentrasiyası anti-katabolik və anabolik effektli zülal sintezini stimullaşdırır ki, bu da əzələ kütləsi və əzələ fitnesinin daha sürətli artımına kömək edir.
Onun orqanizmə təsirləri çoxsaylı kliniki araşdırmalar zamanı öz təsdiqini tapmışdır.
• Gücü artırır
Bodibidinqdə yüksək intensivlikli məşqlərin həyata keçirilməsi zamanı əzələlərin ATF enerjisinə ehtiyacı əhəmiyyətli dərəcədə- sakitlik vəziyyəti ilə müqayisədə yüzlərlə dəfə yüksəlmiş olur. ATF və fosfokreatinin azalmış ehtiyatları davamlı şəkildə bərpa olunmalıdır ki, əzələlər maksimal tezlikdə və intensivlikdə işləməyə davam gətirə bilsinlər. Kreatin Monohidrat qəbulu fosfokreatin və beləliklə, ATF sintezinin artmasına səbəb olur ki, bu da son nəticədə əzələ gücünün artmasına səbəb olur.
• Əzələ kütləsini artırır.
Kliniki araşdırmalar zamanı, sistemli təlim və düzgün qidalanma ilə paralel olaraq kreatin qəbul edənlərdə 1 ay ərzində 2-5 kg daha artıq əzələ kütləsinin artması müşahidə olunub. Son təcrübələr göstərir ki, Kreatin Monohidratın təkrar istifadəsi bir həftə ərzində 10 kq-a qədər çəki artımına, eləcə də, sprintinq qabiliyyətinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olur.
• “Relyef” bədən quruluşu yaradır.
Bu əzələ hüceyrələri daxilinə keçən Kreatin Monohidrat mayeni özünə cəlb edir. Beləliklə, hidratasiyaya məruz qalan əzələ hüceyrələrində zülal mübadiləsi daha sürətli gedir, anabolik proseslər daha sürətli vüsət alır, katabolik proseslər isə tormozlanmaya məruz qalır. Digər tərəfdən bodibilderlər bilirlər ki, yaxşı “nəmli” əzələ, daha tam, daha dairəvi və daha şişirdilmiş görünür.
• Anabolik hormonların ifrazını artırır.
Araşdırmalar göstərir ki, kreatin qəbulu zamanı məşqlərin yükünə cavab olaraq, somatotropin və testosteron kimi, endogen anabolik hormonların ifrazı artır. Maraqlıdır ki, somatotropin səviyyəsi kreatin qəbulundan cəmi 2 saat sonra artmağa başlayır.
• Süd turşusu buferi yaradır.
Əzələlərin intensiv işi zamanı anaerob qlikoliz prosesi baş verir ki, bu zaman əmələ gələn süd turşusu əzələnin normal işini pozur, onun bərpa proseslərini çətinləşdirir. Araşdırmalar Kreatinin süd turşusu buferi rolunu ortaya qoyaraq, onun bu zərərli aralıq maddənin əmələ gəlməsinə əngəl yaratdığını sübuta yetirmişdir. Beləliklə, kreatin qəbulu hətta ağır məşqlərdən sonra belə əzələlərin bərpasını sürətləndirir, hüceyrələrdə enerji ehtiyatlarının bərpa dövrünü minimuma endirir.
Müasir idmanı kreatinsiz təsəvvür etmək mümkün deyil.

Göstərişləri:
CREATINEsürətli-güc tələb edən (ağır atletika, sprint, tullanmalar, atmalar və s.), güc dözümlülüyü (bodibildinq, uzun məsafəli sprint, orta məsafələr, idman güləşi və s.) və intizam dözümlülüyü (uzun məsafələr, marafon, komanda oyunları, çox-günlük sürmə və s.) tələb edən idman növləri ilə məşğul olan yüksək məhsuldarlığa malik idmançılar üçün təyin edilir.

Qəbul qaydası və dozalanma:
Gündə 1-3 həb məşq zamanı və ya yarış günlərində.

Əks göstərişləri:
Preparatın komponentlərinə qarşı hiperhəsslıq.
Uşaqlar və yeniyetmələrə məsləhət görülmür.

Yan təsirləri:
Preparatın qəbulundan sonra nadir hallarda dispeptik əlamətlər müşahidə oluna bilər. Az miqdarda çəki artımı müşahidə oluna bilər, çəki azaldan idmançılar istifadə zamanı bu amili nəzərə almalıdırlar.


Copyright © 2017 Inam MMC. Bütün hüquqlar qorunur.