fbpx
Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
BİZİ INSTAGRAM-DA İZLƏYİN
BİZƏ WHATSAPP-DAN YAZIN
BİZİ FACEBOOK-DA İZLƏYİN

İdman qida əlavələri » Protein »

Proteinlər – Zərdab zülal kompleksləridir. O, 100% xoş dada malikdir və fizioloji tələblərə cavab verir. Südün tərkibində olan əvəzolunmaz amin turşuların mikro-, ultrafiltrasiyası metodu ilə son texnologiyalar əsasında hazırlanır. Tərkibində yüksək miqdarda əvəzolunmaz amin turşuları, minimum karbohidrat və yağlar var ki, bu da karbohidrat pəhhrizində olan bütün insanlar üçün vacibdir. Proteinlər yüksək bioloji dəyərə malikdir və orqanizm tərəfindən digər komponentlərdən daha sürətli mənimsənilməyə və daşınmaya malikdir. Zərdab proteinin fərqləndirici xüsusiyyəti onun çox tez – təxminən 30 dəqiqə ərzində mənimsənilməsidir. Burada istehsal üsulu çox mühüm rol oynayır, çünki xammal olaraq yüksək temperatura və yüksək təzyiqə tab gətirməyən mikro-süzülmüş protein istifadə olunur. Məhsul mükəmməl xammal tərkibinə görə əzələ kütləsinin sürətli artımı, minimal karbohidrat tərkibinə görə relyef bədən quruluşunu qısa vaxt ərzində reallaşdırması, əzələlərin sürətli bərpası sayəsində məşqlərin məhsuldarlığını artırması kimi effektiv xüsusiyyətlərə malikdir. Təbii anabolik effektə malik vacib aminturşuların belə formada təqdimatı onun həm həvəskar, həm də peşəkar idmançılar tərəfindən olduqca həvəslə qarşılanmasını izah edir . Bütün bunlar, protein komplekslərini əzələ kütləsini qurmaq üçün əvəzolunmaz məhsul olmasını təşkil edir.

Göstərişləri:
Bodibildinq, paurliftinq və digər ağır atletika idman növlərində
• Əzələ kütləsinin artırılması;
• Intensiv məşqlərdən zamanı ruh yüksəkliyinin və bədən tonusunun bərpası;
• Bədən quruluşunun və çəkinin korreksiyası;
• İdman pəhrizi zamanı orqanizmin zülallara və enerjiyə olan tələbatının ödənilməsi;
Eyni zamanda, vegeterian qidalardan istifadə edənlər də orqanizmin amin turşularına gündəlik tələbatının ödənilməsi məqsədilə protein komplekslərini qəbul edə bilərlər.
Qəbul qaydası və dozalanma:
1 porsiya (35q) -150 ml su ilə qarışdırılaraq qəbul edilir.
Porsiya ölçü qaşığının 96 ölçü vahidi və ya 5,5 natamam xörək qaşığı.
Gündə 3 porsiyaya qədər qəbul edin – səhər, qida qəbulları arası və məşqdən sonra və ya yatmamışdan əvvəl.

Əks göstərişləri:
Məhsulun komponentlərinə qarşı hiperhəssaslıq.
Hipertoniya zamanı həkim məsləhəti ilə qəbul edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz.

Yan təsirləri:
Məhsulun qəbulundan sonra nadir hallarda dispeptik əlamətlər müşahidə oluna bilər.

Çeşidlər bölməsindən tibbi xalat çeşidlərimiz ilə tanış ola bilərsiniz. Sifarişləriniz üçün (055) 4044355 WhatsApp və ya (012) 4094355 şəhər nömrələri ilə əlaqə saxlaya, həmçinin saytımızın “Onlayn əczaçı” bölməsindən istifadə edə bilərsiniz. Sifarişlərin çatdırılması PULSUZ həyata keçirilir.

WhatsApp2

Copyright © 2024 BAVZA MMC. Bütün hüquqlar qorunur.