fbpx
Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
BİZİ INSTAGRAM-DA İZLƏYİN
BİZƏ WHATSAPP-DAN YAZIN
BİZİ FACEBOOK-DA İZLƏYİN

Olimp Amino EAAnabol Xplode

ЕАА, BCAA, L-qlutamin və L-alanin birləşməsidir. EAAnabol Xplode – yalnız tərkibinə əvəz olunmaz amin turşuları:  EAA, L-leysin, L-lizin, L-valin, L-izoleysin, L-treonin, L-fenillanin tirozin + L-, L-histidin, sistein+ L-L-L-metionin və triptofan daxil olan sərbəst, farmaseptik təmiz formaya əsaslanan kompleksdir.

Orqanizmdə bu vacib komponentlərdən hər hansı birinin defisiti zülal sintezini məhdudlaşdıran amilə çevrilir. Beləliklə, əzələlərin regenerasiyası prosesini pozulur və katabolizm güclənərək həzm yollarına mənfi təsir göstərir, burada əvəzolunmaz amin turşuları birbaşa və dolayı mənbə kimi istifadə olunur.

Idmançının fərdi tələblərini nəzərə alaraq, məhsul şəbəkələnən zəncirli, əzələ toxumasında güclü anti-katabolik və anabolik təsirli amin turşuları (VCAA) ilə zənginləşdirilib. Məhsulda amin turşularınnı yalnız sərbəst formalarından istifadə onların qanda sorulma sürətini əhəmiyyətli dərəcədə artırır. EAAnabol Xplode-un B qrupu vitaminləri ilə zəngin olması amin turşularının bağırsaqlarda udulmasını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.  Xplode EAAnabol əzələ toxumasının düzgün regenerasiya sürətini dəstəkləmək üçün vacib olan amin turşusu konsentrasiyasını artırmaq məqsədi ilə əsasən bütün idmançılar üçün məsləhət görülür. Bu məhsulda istifadə olunan bəzi amin turşular güclü anti-katabolik təsirə malikdir və anabolik təsiri gücləndirir.

EAA Mtrx

(Əvəzolunmaz amin turşular):

L-Leysin

Zülal sintezini aktivləşdirərək, yeni əzələ toxumasının yaradılmasında mühüm rol oynayır. Eyni zamanda, əzələ inkişafı üçün çox əhəmiyyətli olan protein molekullarının məhvinin qarşısını alır.

L-Lizin

Kollaqenin tırkibinə daxil olan ən vacib amin turşulardan olduğuna görə,  əzələ və bağların möhkəmlənməsi, qığırdaq toxumasının mümkün zədələnmələrdə profilaktikası üçün vacibdir. Zülal sintezi, boy və çəki artımında iştirak edir. Stressə davamlılığı artırır, orqanizmin virus xəstəliklərinə qarşı immun qabiliyyətini gücləndirir.

L-Valin

Boy artımı və toxuma sintezində ən vacib rola malik komponentlərdən biridir. Leysin və izoleysinlə birlikdə əzələ hüceyrələrində enerji mənbəyi kimi iştirak edir. Orqanizmin ağrıya, soyuğa və istiyə qarşı dözümlülüyünü artırır.  Azot mübadiləsinin normallaşdırır və sinir hüceyrələrinin demielinləşməsinin qarşısını alır. Antidepressiv özəlliklərə malikdir.

L-Isoleysin

Əvəzolunmaz aminturşulardandır. Fermentlərin, hormonların və zülalların biosintezində iştirak edir. Təsadüfi deyil ki, leysin və valinlə birlikdə əzələ toxumasının 35%-ə qədərini təşkil edir. Əzələlər və sinir sistemi üçün enerji mənbəyi rolu oynayır. Piy toxumasının ərinməsində və şəkərin energetik mübadilədə iştirakını sürətləndirir.

L-Treonin

Zülal sintezində aktiv iştirak edən əvəzolunmaz aminturşulardandır.

Ürək-qan damar, qaraciyər, sinir sistemi və immun funksiyaları yaxşılaşdırır. Qlisin və serinin yaranmasında xammal rolu oynayaraq, əzələlərin, bağların möhkəmliyini yaxşılaşdırır, dişlərin emal qatını və sümükləri möhkəmləndirir.

L-Fenilalanin

Əzələlərin və vətərlərin qurulmasında iştirak edən zülalların tərkibinə daxildir. Piy toxumasının əridilməsində və zülal sintezində iştirak edir. Dofamin neyromediatorunun yaranması üçün xammal rolu oynayaraq, əhval ruhiyyəni yüksəldir və orqanizmin ümumi tonusunu normallaşdırır.

L-Metionin

Bəzi amintuşuların və fermentlərin sintezində xammal rolu oynayır. Fosfolipid sintezini sürətləndirərək, həm hüceyrələrin bərpasında həm də yeni hüceyrələrin əmələ gəməsində iştirak edir. Məhz bu xüsusiyyətləri onu peşəkar idmanda əzələ kütləsini qorumaq və artırmaq üçün əvəzsiz edir.

L-Tryptofan

Əvəzolunmaz amin turşu kimi orqanizmdə vacib kimyəvi reaksiyalarda iştirak edir. Sinir tənzimində mühüm rola malikdir. Melatonin və serotonin sintezində iştirak edərək, ağır və intensiv məşqlərdən sonra yorğunluğu götürür, əhval ruhiyyəni yüksəldir, yuxunu yaxşılaşdırır və əzələ gücünün  bərpa prosesini tezləşdirir.

EAA dəstəkçiləri:
L-Qlutamin

Orqanizmin immun sistemini gücləndrərək, zülalların toxunulmazlığına nəzarət edir. İmmuniteti artırır, zülalarin sorulmasını və mübadilənin son məhsullarının bədəndən uzaqlaşmasını sürətləndirir, həzmi asanlaşdırır və bağırsaq peristaltikasını artırır, diqqəti və yaddaşı yaxşılaşdırır, antistress təsiri də var, Boy hormonu ifrazını artırır. İdman təbababətində əzələlərin formada qalması, inkişafı, orqanizmin dözümlülüyünün və müqavimətinin artması üçün istifadə olunur.

L-Tirozin

Əzələ zülalının tərkibinə daxil olan vacib amin turşudur. Eləcə də,  sinir sisteminin dopamin, epinefrin və norepinefrin kimi neyromediatorlarının sintezində iştirak edir. Bu kimyəvi maddələrin mövcudluğu intensiv məşqlər, intellektual fəaliyyət və stresslər zamanı   sürətlə tükənir. Qanda tirozininin yüksək səviyyəsi uzunmüddətli məşqlər zamanı yorğunluğu aradan qaldırır, əhval ruhiyyəni yaxşılaşdırır və sağlam çəkinin inkişafını təmin edir.

L-Histidin

Zülal mübadiləsində iştirak edərək, azotsuz zülal birləşmələri olan  karnozin və anserinin sintezində iştirak edərək, əzələ toxumasının artımına səbəb olur.  Karnozin antioksidant funksiyaları həyata keçirir, əzələ lifləri membranlarının sabitləşdirilməsinə kömək edir və əzələləri yorğunluqdan qoruyur. Histidin qanda somatotropin səviyyəsini qaldıraraq, boy və çəki artımına anabolik təsir göstərir.

L-Alanin

Kliniki araşdırmalar zamanı məlum olub ki, idman məşqləri zamanı əzələlərin qidalanmasıni aerob və ya anaerob qlikoliz şəraitidə olmasından asılı olmayaraq, mükəmməl şəraitdə həyata keçirir. Əzələ toxumasının güc və dözümlülüyünü artıraq, məşqləri maksimuma qədər gücləndirməyə imkan yaradır.

LSistein

Taurinin və qlütationun sintezində iştirak edərək, antioksidant və anti katabolik effektlər nümayiş etdirir. Orqanizmin ümumi tonusunu saxlayır və  əzələləri  alkoqolun zərərli təsirlərindən qoruyur. Kollaqenin tərkibinə daxil olaraq, vətərlərin və dərinin elastikliyini və sağlamlığını təmin edir.

 BCAA əlavəsi:

(Şaxələnmiş yan zəncirli amin turşular):

L-Leysin
L-Valin
L-Isoleysin
Niasin

Fibrinolitik, antixolesterinemik xüsusiyyətlərə malikdir. Orqanizmdə zülal sintezini yaxşılaşdırır, mikrosirkulyasiyasını gücləndirərək, ağır fiziki işlər və gərgin məşqlər zamanı toxumaların (o cümlədən əzələ toxumasının) qida və oksigenlə təmin edir. Bağırsaqlardan amin turşuların sorulmasını sürətləndirir.

Vit. B6

Sinir hüceyrələrində metobolizmi gücləndirir, hüceyrə və toxuma tənəffüsünü yaxşılaşdırır. Zülal, amin turşu və yağ mübadiləsində iştirak edir, hipoxolesterinemik xüsusiyyətlərə malikdir. Sinir-əzələ keçiriciliyini və qaraciyərin normal fəaliyyətini təmin edir. Amin turşuların biomənimsənilməsində iştirak edən ən vacib komponentlərdəndir.

 

Göstərişləri:

Bodibildinq, paurliftinq və digər ağır atletika idman növlərində:

  • Əzələ kütləsinin artırılması;
  • Intensiv məşqlərdən zamanı ruh yüksəkliyinin və bədən tonusunun bərpası;
  • Bədən quruluşunun və çəkinin korreksiyası;
  • İdman pəhrizi zamanı orqanizmin zülallara və enerjiyə olan tələbatının ödənilməsi;

Eyni zamanda, vegeterian qidalardan istifadə edənlər də orqanizmin amin turşularına gündəlik tələbatının ödənilməsi məqsədilə OLİMP XPLODE  EAANABOLqəbul edə bilərlər.

Qəbul qaydası və dozalanma:

İlk qəbul yeməkdən və ya məşqdən əvvəl və məşqdən sonra gündə iki dəfə bir porsiya qəbul edilir.

Bir ölçü qaşığını (13q) 150ml su ilə qarışdırıb hazirladiqdan dərhal sonra qəbul edilməlidir.

 

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı hiperhəsslıq.

Hamilə və süd verən qadınlar bu məhsulu qəbul etməməlidirlər.

Hipertoniya zamanı həkim məsləhəti ilə qəbul edilməlidir.

 

Yan təsirləri:

Preparatın qəbulundan sonra nadir hallarda dispeptik əlamətlər müşahidə oluna bilər.


WhatsApp2

Copyright © 2024 BAVZA MMC. Bütün hüquqlar qorunur.