fbpx
Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
BİZİ INSTAGRAM-DA İZLƏYİN
BİZƏ WHATSAPP-DAN YAZIN
BİZİ FACEBOOK-DA İZLƏYİN

Olimp Chela-Mag B6 ® Forte Shot

Maqneziumun orqanizm üçün olduqca böyük əhəmiyyəti var. Okalsium ilə sinergist təsir göstərərək sümük hüceyrələrində  maddələr mübadiləsini yaxşılaşdırır. Əzələyə və qana lazım olan mürəkkəb zülalların əmələ gəlməsində iştirak edir, sinir keçiriciliyini tənzimləyir. Maqnezium təkcə zülalların yox həm də 300-dən çox fermentin  sintezində aktiv rola malikdir. O, karbohidrat mübadiləsində iştirak edərək, əzələlərin enerjiyə artan tələbatını dəstəkləyir. Maqneziumun sayəsində məşqdən sonra əzələ hüceyrələrinin enerji ehtiyatları tez bir zamanda bərpa olunur, onların artmış tonusu normallaşır. Maqnezium əzələləri qıcolmadan qoruyaraq, idmançıların mümkün travmalarının qarşısını alır. Məhz bu xüsusiyyətlərinin sayəsində tədqiqatlar zamanı maqneziumun idman məşqlərinin məhsuldarlığına müsbət təsiri sübuta yetirilmişdir.  Qərbi Vaşinqton Universitetində aparılan araşdırmaların nəticələrinə görə maqnezium əlavəsi alan idmançılarda bədən kütləsinin artması və güc nəticələri digər qrupdan əhəmiyyətli dərəcədə üstün olmuşdur.

Idmançıların maqnezium qəbuluna daha bir səbəb var. Maqnezium tər vasitəsi ilə itirilir ki, idmançılarda aydın məsələdir ki, tər ifrazı adi adamlara nisbətən dəfələrlə çox olur. Məhz bu faktor nəticəsində  idmançılarda tez-tez bu mineralın defisitinə rast gəlinir. Maqnezium defisiti nəticəsində əzələ qıcolmaları, narahatlıq, yuxusuzluq, aqressiya, depressiya,   müvazinət pozğunluğu, iştahasızlıq, ürəkbulanma və qusma kimi pozğunluqlar müşahidə oluna bilər.

Maqnezium preparatlarının ən böyük problemi bu mineralın duz şəklində olmasıdır (maqnezium oksid, maqnezium sulfat, maqnezium karbonat). Buna görə də, hətta ən yaxşı halda maqneziumun biomənimsənilməsi 34%-dən artıq olmur. Üstəlik duzların həzm yollarına çökməsi aruolunmaz problemlərə gətirib çıxarır.

Olimp yeni nəsil maqneziumu təqdim edir!

Chela-Mag B6 ® Forte Shot-un tərkibindəki maqnezium  amin turşu-xelat birləşməsi şəklindədir. Albion®brend adıyla patentləşdirilmiş bu birləşmə bioloji kimyanın son uğurlarından hesab edilərək dünyanın 100-dən artıq ölkəsində nüfuz qazanmışdır. Maqnezium-amin turşu-xelat birləşməsi həzm sistemində çöküntü vermir, rahat  mənimsənilir, ən əsası isə tərkibindəki minerallar ion şəklində olduğu üçün yüksək biomənimsənilməsi ilə duzları qabaqlayır. Təsadüfi deyilki,  Amerika Qidaya Rəsmi Nəzarət Assosasiyası  (AAFCO), Fundamental və Tətbiqi Kimya Beynəlxalq Birliyi (İUPAC), məhz mineralların amin turşu-xelat birləşməsinin özəlliklərini vurğulayaraq, onun qida əlavəsi kimi istifadəsini tövsiyyə ediblər. Məhsulun tərkibindəki B6 vitamini sinir hüceyrələrində metobolizmi gücləndirir, hüceyrə və toxuma tənəffüsünü yaxşılaşdırır. Zülal, amin turşu və yağ mübadiləsində iştirak edir, hipoxolesterinemik xüsusiyyətlərə malikdir. Sinir-əzələ keçiriciliyini və qaraciyərin normal fəaliyyətini təmin edir. Bodibildinqdə və digər ağır atletika növlərində B qrupu vitaminləri arasında B6 vitamini daha çox ehtiyac duyulanıdır. Belə ki, B6 vitamini dözümlülüyü və məhsuldarlığı artırır, zülalların, aminturşuların mənimsənilməsini həyata keçirir. İdmançı nə qədər çox zülal və amin turşu qəbul edirsə, o qədər də çox B6 vitamini qəbul etməlidir.

 Chela-Mag B6 ® Forte Shotistənilən vaxt və rahat istifadə ediləcək 25 ml-lik ampuldadır. Yeni maye texnologiyası maddələrin həb və kapsullara nəzərən daha tez sorulmasına səbəb olur.

 

Göstərişləri:

Chela-Mag B6 ® Forte Shotfiziki aktiv insanlar və peşəkar idmançılar üçün maqnezium defisitini aradan qaldırmaq və maqneziuma olan gündəlik tələbatı ödəmək məqsədilə nəzərdə tutulmuşdur.

 

Qəbul qaydası və dozalanma:

Gündə bir dəfə bir ampul (25 ml), yeməkdən sonra içilməlidir. İstifadədən əvvəl çalxalamaq lazımdır.

Əks göstərişləri:

Məhsulun komponentlərinə qarşı hiperhəsslıq.

 

Yan təsirləri:

Müşahidə olunmamışdır.


WhatsApp2

Copyright © 2024 BAVZA MMC. Bütün hüquqlar qorunur.