fbpx
Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
BİZİ INSTAGRAM-DA İZLƏYİN
BİZƏ WHATSAPP-DAN YAZIN
BİZİ FACEBOOK-DA İZLƏYİN

Olimp Gold vitamina anti-OX Super Sport

Gold vitamina anti-OX Super Sport yüksək antioksidant tərkibli vitamin-mineral kompleksidir. Vitaminlər orqanizmdə gedən həyati  vacib proseslərin ko-fermentləri olan bioloji aktiv, əvəzolunmaz maddələrdir.

Minerallar orqanizmdə zülal sintezində, qanyaranmada və əzələnin işində birbaça iştirak edir, sümüklərin möhkəmliyini təmin edirlər. Amma indiyə qədər  olan minerallar duz şəklində olduğuna görə orqanizm tərəfindən zəif mənimsənilirdi, mədə turşuluğunun dəyişməsi səbəbi ilə  dispeptik problemlərin yaranmasına səbəb olurdu. Mineral duz formalarindan fərqli olaraq, Gold vitamina anti-OX Super Sport  –un tərkibindəki minerallar amin turşu-xelat birləşməsi şəklindədir. Albion®brend adıyla patentləşdirilmiş bu birləşmələr bioloji kimyanın son uğurlarından hesab edilərək dünyanın 100-dən artıq ölkəsində nüfuz qazanmışdır. Metal-amin turşu-xelat birləşməsi həzm sistemində çöküntü vermir, rahat mənimsənilir, ən əsası isə tərkibindəki minerallar ion şəklində olduğu üçün yüksək biomənimsənilməsi ilə duz mineral birləşmələrini dəfələrlə qabaqlayır. Təsadüfi deyilki,  Amerika Qidaya Rəsmi Nəzarət Assosasiyası  (AAFCO), Fundamental və Tətbiqi Kimya Beynəlxalq Birliyi (İUPAC), məhz metal-amin turşu-xelat birləşməsinin özəlliklərini vurğulayaraq, onun qida əlavəsi kimi istifadəsini tövsiyyə ediblər.

Orqanizmdə gedən oksidləşmə yanma reaksiyaları, bir qayda olaraq, sərbəst radikalların da əmələ gəlməsinə səbəb olur. Sərbəst radikallar orqanizmdə gedən anabolik prosesləri ləngidir, maddələr mübadiləsinin normal ritmini pozur və hüceyrələrin qocalmasını sürətləndirirlər. Stress və intensiv məşqlər zamanı orqanimdə sərbəst radikalların əmələ gəlməsi sürətləndiyinə görə antioksidantların və antioksidant xassəli qida maddələrinin qəbulu olduqca vacibdir.

Tərkibindəki komponentlərin sayı və onların orqanizmin gündəlik tələbatına uyğun miqdarda olmaları preparatın  yeni innovativ qablaşdırma formasında ortaya çıxmasına səbəb olmuşdur. Belə ki, antioksidantlar vitamin-mineral kompleksindən  fərqli kapsulda və  blisterdə qablaşdırılılmışdır. Bu da preparatın rahat və növbəli qəbuluna imkan yaradır.

 

Tərkibi və komponentlərin farmokoloji təsirləri:  
Hər bir Gold Vitamina kapsulunda:  
Minerallar:  
Kalsium(aminturşuxelat®)

Kalsiumunadiduzformalarindanfərqliolaraq, yüksəkbiomənimsənilməyə malikdir. Sümükvə qığırdaqtoxumasının, saçların, tüklərininkişafını, möhkəmliyinivə bərpasını təminedir. Eyni zamanda dişlərin mineralizasiyasına cavabdehdir.

 
Magnezium (amin turşu xelat®Albion®)

Kalsium ilə sinergist təsir göstərərək sümük hüceyrələrində  maddələr mübadiləsini yaxşılaşdırır. Əzələyə və qana lazım olan mürəkkəb zülalların əmələ gəlməsində iştirak edir. Sinir keçiriciliyini tənzimləyir.

 
Sink (amin turşu xelat® (Chelazome®) Albion®)

Orqanizm sümük əzələ sisteminin və reproduktiv funksiyaların inkişafında içtirak edən edən 200-ə yaxın fermentin hazırlanmasında iştirak edir. Oynaq toxumallarında anabolic təsir göstərərək, qığırdağı dağılmaqdan qoruyur.

 
Dəmir (amin turşu xelat® (Ferrochel®) Albion®)

Qan yaranmada iştirak edən ən vacib metaldır. Hemoqlobin sintezində vacib rola malikdir. Zülal və fosfolipid sintezində iştirak edir. C vitaminin biomənimsənilməsində və oksidləşməsində rol oynayır.

 
Manqan  (amin turşu xelat®Albion®)

Ferment, yağ, karbohidratlar və nuklein turşusu, maddələr mübadiləsi, cinsi hormonların istehsalı, artım və bərpası və toxuma tənəffüsündə vacib rola malikdir.  Hipofiz, qaraciyər, mədəaltı vəzi, böyrək və sümük sağlamlığınada xüsusi əhəmiyyət kəsb edir.  Qan laxtalanmasını və xolesterinin sintezi tənzimləyir.

 
Mis  (amin turşu xelat® (Chelazome®) Albion®)

Hemoqlobin komponenti kimi oksigen nəqlində iştirak edir, stress və xəstəliyə qarşı müqavimətii artırır. Regenerasiya prosesi, zülal mübadiləsi və enerji istehsalında öz rolu var.  Psixi proseslər və emosional yüklənmələri asanlaşdırır.

 
Selen

Güclü antioksidant kimi fəaliyyət göstərir. Siqaretin, eləcə də, civə və kadmium kimi ağır metallarla zəhərlənmənin  təsirindən qoruyur. Sərbəst radikallar tərəfindən fermentlərə zərər vurmasının qarşısını alır.

 
Vitaminlər:  
Vit. C (PureWay-C®)

Son texnologiyalar əsasında hazırlanmış lipid metobolitləri əsaslı askorbin turşusudur. Amerikan alimlərinin Mayami Universitetində apardığları kliniki araşdırmaların nəticələrinə əsasən, bu birləşmənin adi C  vitamini formalarından daha üstün olduğu təsbit olunmuşdur. Bu araşdırmalarda PureWay-C birləşməsi sürətlə və demək olar ki, tam biomənimsənilməyə malik güclü immunostimulyator və antioksidant özəlliklərini ortaya qoydu.

 
Vit. B6 (Piridoksin)

Sinir hüceyrələrində metobolizmi gücləndirir, hüceyrə və toxuma tənəffüsünü yaxşılaşdırır. Zülal, amin turşu və yağ mübadiləsində iştirak edir, hipoxolesterinemik xüsusiyyətlərə malikdir. Sinir-əzələ keçiriciliyini və qaraciyərin normal fəaliyyətini təmin edir.

 
Vit. B2 (Riboflavin)

Boy və reproduktiv inkişafın biostimulyatorudur, eritrositlərin və antitellərin yaranmasında iştirak edir. Dərinin, dırnaqların və saşların sağlamlığı üçün olduqca vacibdir. B2 vitamini defisiti zamanı dəri və selikli qişaların dermatitləri inkişaf edir.

 
Vit. B1 (Tiamin)

Iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Sinir toxumalarının normal çalışmasına da yardımçı olur. Boyatma prosesinə, ürəyin fəaliyyətinə, əsəb sisteminin və həzm prosesinin fəaliyyətinə müsbət təsir edir.

 
Vit. B9 (Fol turşusu)

Hüceyrələrin normal bölünməsini təmin edir, qırmizi qan hüceyrələrinin yaranmasında iştirak edir.Beyin huceyrələrində energetik proseslərə göstərdiyi təsirə görə “beynin qidası” adlandırırlar.

 
Vit. D

Orqanizmin sərt toxumaları tərəfindən kalsiumun mənimsənilməsini təmin edir, osteoblastlarda DNT sintezini sürətləndirməklə sümük hüceyrələrinin miqdarını artırır. Fosfor, maqnezium və sinkin orqanizmdə toplanmasında fəal iştirak edir. Onun çatışmazlığı zamanı nazik bağırsağın selikli qişasının keçiriciliyi kəskin azalır.

 
Vit. B12 (Sianokobalamin)

Orqanizmin kobalta olan tələbatı yalnız sianokobalaminlə ödənilir. B12 vitamin orqanizmdə qan hüceyrələrinin, sinir hüceyrələri qişalarının və müxtəlif zülalların əmələ gəlməsi üçün lazımdır. O, lipid və karbohidrat mübadiləsini yaxşılaşdırır, eritrositlərin yetkinləşməsini təmin edir.

 
AstraGin

Bir çox elementlərin orqanizm tərəfindən mənimsənilməsini iki dəfəyə qədər artıran təbii komponentdir.   AstraGin müxtəlif zülallara, amin turşulara və digər lazımi mikroinqridienrlərə daha çox tələb olunan şəxslərə (idmançılar, ağır fiziki işlə məşğul olanlar, maloabsorbsiya sindromun əziyyət çəkən xəstələr) daha vacibdir.

 
Hər bir ANTIOX-POWER blend kapsulunda  
OXXYNEA® patentləşdirirlmiş meyvə-tərəvəz kompleksi :  
qırmızı və ağ üzüm, portağal, qreypfrut, qaragilə, papaya, ananas, çiyələk, alma, ərik, albalı, qara qarağat, pomidor, yaşıl çay, brokoli, yaşıl kələm, soğan, sarımsaq, zeytun, buğda toxumu, xiyar, qulançar

Aralıq dənizi sahilindəki yüksək antioksidant təsirə malik 22 meyvə və tərəvəz növünün fenol və flavonoidlərindən hazırlanmış ən güclü və effektiv vasitə sayılır. Klinik araşdırmalar zamanı ki, 12 həftə OXXYNEA qəbul eləyən şəxslərdə aorta aterosklerotik düyünlərində 77%, sərbəst radikalların miqdarında 45%, qandakı xolesterinin miqdarında 11,7% azalma müşahidə olunmuşdur.

Üzüm toxumları ekstraktı (95% Proantosionidlər)

Qırmızı üzüm toxumlarının tərkibindəki aktiv fenolların sayəsində güclü antioksidant effektivliyə malikdir. Aparılan kliniki araşdırmalar zamanı onun ürək damar xəstəliklərində əvəzsiz rola malik olduğu, hipertoniyalı xəstələrdə yüksək terapevtik effektivliyi, xərçəng xəstəliyinin əmələ gəlmə ehtimalını minimuma endirdiyi sübuta yetirilmişdir.

 
Yaşıl çay ekstraktı (55% EGCG (Epiqallokatexin qallat ))

Yaşıl çayın antioksidant effektivliyinin təməlində dayanan EGCG hal hazırda müxtəlif kliniki araşdırmalarda uğurlu nəticələr nümayiş etdirməkdədir. Komponenet  xərçəng xəstəliyinin profilaktikasında və müalicəsində istifadə olunur. Beynin koqnitiv göstəricilərini artırır. Ürək damar sistemi xəstəliklərinin və hətta AİDS-in müalicəsində effektivliyi onu diqqət mərkəzində saxlayır.

 
Sitrus bioflavonoidlər 40%

Tərkibində yüksək antioksidant effektivliyinə malik hespiridin, kversitrin, rutin və tangeritin kimi bioflavonoidlər var.

 
Trans-resveratrol (Yapon bibəri ekstraktı, üzüm qabığı ekstraktı)

Qocalmanın qarşısını alaraq, ömrü uzadır. Resveratrolla aparılmış klinik araşdırmalar zamanı onun iltihabəleyhinə, şış əleyhinə, virus əleyhinə, hepatoprotektor, kardioprotektor və neyroprotektor təsirləri öyrənilərək sübuta yetirilmişdir.

 
Çəhrayı rodiola  ekstraktı (4% rozavin)

Hüceyrədə gedən energetik prosesləri stimulyasiya edərək, mitoxondrilərdə ATF sintezini gücləndirir. Beləliklə, gərgin fiziki və zehni iş zamanı hüceyrələrin davamlı enerji təminatını həyata keçirir və orqanizmin  dözümlülüyünü artırır.

 
Kversetin

Şişəleyhinə, iltihabəleyhinə, antihistamin, radoprotektiv, spazmolitikxüsusiyyətləriilə tanınır.

 
Ənginarekstraktı (5% sinarin)

Ödqovucu, hepatoprotektor, nefroprotektor xüsusiyyətlərinə görə bir çox dərman preparatlarının tərkibinə daxil edilmişdir. Yüksək antioksidant  təsirlərə malikdir.

 
Zoğalekstraktı

Şişəleyhinə, iltihabəleyhinə, antioksidant təsirlərə malikdir.

 
Alfalipoikturşusu

Endogenantioksidantroluoynayaraqsərbəstradikalları zərərsizləşdirir. Hipoqlikemik xüsusiyyətləri var. Neyronların trofikasını yaxşılaşdırır.

 
Koenzim Q10

Hüceyrələrin energetik proseslərində vacib rola malikdir. Konsentrasiyasının aşağı düşməsi erkən qocalmaya, funksionallığın azalması ilə nəticələnir.

 
Astaksantin

Qabarıqantioksidanttəsirinə görə urəkdamarvə neyrodegenerativxəstəliklərizamanı terapevtikeffektivliyə malikdir.

 
Qara bibər ekstraktı (95% piperin)

Termogenez  xüsusiyyətləri sayəsində lipidlərin yanmasına və orqanizmdə energetik proseslerın sürətlənməsinə səbəb olur.

 
Likopen

KuopioUniversitetində aparılmış tədqiqatlarsayəsində aydınolmuşdurki, likopenyüksəkantioksidləşdiricixüsisiyyətlərə malikdir. Orqanizmdə kifayət qədər likopen olmadıqda ürək – damar xəstəlikləri aktivləşir.

 
Beta-caroten, o cümlədən: Vit. A

Oksidləşmə-reduksiya proseslərində iştirak edir, zülal sintezi tənzimlənməsi, yeni hüceyrələrin inkişafı üçün zəruri normal maddələr mübadiləsi, sümük və dişlərin formalaşmasında mühüm rol oynayır.

 

 

 

Göstərişləri:

İdmançılarda-

–  Sərbəst radikalların dağılması

–  Katabolik proseslərə əks təsir

–  Əzələlərin nutrientlərlə (qida maddələri) təchizinin yaxşılaşması

–  Əzələ toxumasının bərpasına gedən vaxtın azalması və ehtiyatların bərpası

–  Anabolik proseslərin stimullaşması

–  Məşqlərin səmərəliliyinin artması

–  İmmunitetin möhkəmlənməsi və sağlamlığın dəstəklənməsi.

Eləcə də,

  • Tez tez xəstələnən adamlar
  • Ağır fiziki iş, zərərli maddələrlə sıx təmas şəraiti
  • Passiv həyat tərzi, piylənmə
  • Ürək damar xəstəliklərinin profilaktikası və müalicəsi
  • Mezoterapiya
  • Profilaktik məqsədlə orqanizmin mikroelementlərə gündəlik tələbatını ödəmək məqsədi ilə.

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

Qəbul qaydası:

Günaşırı olaraq 1 kapsul  Gold Vitamina,  hər novbəti gün 1 kapsul ANTIOX-POWER blend qəbul etmək məsləhət görülür. Optimal qəbul vaxtı – əsas qida qəbulundan sonra.

Əlavə təsirləri:

Nadir hallarda ürəkbulanma, qaşınma, oyanıqlıq müşahidə oluna bilər.


WhatsApp2

Copyright © 2024 BAVZA MMC. Bütün hüquqlar qorunur.