fbpx
Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
BİZİ INSTAGRAM-DA İZLƏYİN
BİZƏ WHATSAPP-DAN YAZIN
BİZİ FACEBOOK-DA İZLƏYİN

Olimp Taurine Mega Caps

Bu, qida rasionunu taurinlə – tamamlayan formuladır. Taurin orqanizmə boy artımı və fiziki gərginlikdən sonra bərpa üçün lazım olan  amin turşudur. O,  azot balansını yaxşılaşdırır, katabolizmi ləngidir, piy toplanmasının qarşısını alır, dözümlülüyü artırır, qlükoza və kreatinin əzələdaxili daşınmasına imkan yaradır.

Taurin təbii anabolik hormonlarının sintezini və ifrazını artırır, mərkəzi sinir sistemində  serotonin sintezini azaldır: beləliklə, bədən yorğun hiss etmir və gələcək təlimlər üçün potensial imkalar yaranır.  Su və elektrolit balansının tənzimləyərək, əzələ hüceyrələrində kalsiumun yüksək səviyyədə saxlanılmasını təmin edir. Taurin əzələ toxumasının qidalı maddələrlə təminatını yaxşılaşdırır, hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur.

Olympus Mega Caps taurinin tərkibində MEGA CAPS ® texnologiyasının köməyi ilə bir kapsulda 1500mq təmiz taurin var. Yüksək fiziki aktivliyi olan insanlara, eləcə də idmançılara məsləhət görülür.

Tərkibi:

98% taurin

Köməkçi maddələr: mikrokristallik sellüloza, maqnezium stearat, kapsul (rəng jelatin, E171).

Qida dəyəri 2kapsulda
Taurin 500 mg

 

Göstərişləri:

Bodibildinq, paurliftinq və digər ağır atletika idman növlərində:

  • Əzələ kütləsinin artırılması;
  • Intensiv məşqlərdən sonra əzələ yorğunluğunun aradan qaldırırlması;
  • Bədən quruluşunun və çəkinin korreksiyası məqsədilə.

Qəbul qaydası və dozalanma:

Fiziki gərginliyin intensivliyinə uyğun olaraq, gündə 1-2 kapsul qəbul edilir.

Məsləhət görülən gündəlik dozadan çox istifadə etmək olmaz.

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı hiperhəsslıq.

Qida əlavələri tam tərkibli qidalanmanı əvəz edə bilməz.

Yan təsirləri:

Müşahidə olunmamışdır.


WhatsApp2

Copyright © 2024 BAVZA MMC. Bütün hüquqlar qorunur.