Çünki sizin İnamınız Bizim uğurumuzdur !

Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
Ben.X
Sizin doğru seçiminiz
Bizi Facebook-da izləyin
BaVza Collection
Şöbələrimiz

OLIMP TRIBUSTERON 60+

Tribulus Terrestris və ya dilimizdə yatağan dəmirtikanı ekstraktından hazırlanmış yüksək keyfiyyəyli məhsuldur.O,qlikozidlərin, streid saponinlərin (əsasən protodiossin və protoqrasillin, eləcə də diosgenin,  ruskogenin, gitogenin və tiqogenin), bitki alkaloidlərin (törəmə Harman: Xarman və Qarmin) və bioflavonidlərin mənbəyidir. Tribulus Terrestris ekstraktında olan bioloji aktiv maddələr kliniki araşdırmalarla təsdiqlənmiş antimikrob, soyuqdəymə əleyhinə, immun stimulyator təsir, eləcə də xərçəng əleyhinə təsirə və qanda xolesterinin səviyyəsini azaltmaq xüsusiyyətinə malikdir.  Bu hormonal məhsul deyil, amma onun tərkibində olan maddələr (əsasən saponinlər) kişilərdə testosteronun səviyyəsinin və qadınlarda estradiolun səviyyəsinin, bu səviyyələrin fizioloji səviyyəsindən çox artmaması şərti ilə, əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olur. OLIMPTRIBUSTERON 60 ümumi möhkəmlətmə və stimullaşdırıcı təsiri əks etdirir – orqanizmin gücünü və həyat qabiliyyətini artırır, anabolik prosesləri aktivləşdirir, orqanizmin hərəkət fəallığını və dözümlülüyünü artırır. Bundan başqa, seksual funksiya pozulmasını aradan qaldıraraq, afrodiziakın təsirini əks etdirir və libidonu qaldırır.

Tədqiqatlar göstərmişdir ki, burda əsas təsir protodiossinə məxsusdur, digər saponinlər isə onun təsirini artırır.  Protodiossin orqanizmdə çox funksiyalı təbii steroid olan dehidroepiandrosterona (DHEA) çevrilir.o isə öz növbəsində tetesteronun və dihidrotesteronun (androgen hormonların) sintezini gücləndirir. Məsələ burasındadllr ki, yaşla əlaqədar orqanizmdə dehidroepiandrosteron sintezi azalan xətt üzrə gedir. Yaş artımı ilə əlaqədar çəkinin artması(piylənmə), cinsi potensiyanın azalması səbəblərindən ən başlıcası məhz bu amildir.

Protodiossinin ikincili androgen təsiri onun beyində ifraz olunan lüteinləşdirici hormonun (LH) səviyyəsini artırması ilə bağlıdır. O isə öz növbəsində testesteronun və dihidrotesteronun, eləcə də estradiolun sintezini artırır.

Protodiossinin metobolitlərinin öyrənilməsi zamanı məlum olmuşdur ki, onun çox cüzi hissəsi orqanizmdən xaric olunur. Bu, onun orqanizmdəki bioreaksiyalarda yüksək iştirakı və uzun müddətli effektə malik olması ilə əsaslanır.

Diqqət yetirilməli olan məsələlərdən biri bodibildinqdə sintetik steroidlərin istifadəsidir. Qabarıq anabolik effektlər almaq üçün yüksək konsentrasiyada qəbul olunan steroidlər orqanizmin daxili hormon sintezini pozur. Bu zaman idmançılarda cinsi potensiyanın ciddi şəkildə pozulması, xayaların kiçilməsi və digər arzuolunmaz nəticələr ortaya çıxmış olur.

OLIMPTRIBUSTERON 60 qəbulu daxili hormon sintezini aktivləşdirərək, orqanizmi bu vacib hormonun defisitindən qoruyur, cinsi potensiyanı normada saxlayır. Eyni zamanda androgen hormonların təsiri altında əzələ kütləsinin sürətlə artırılması prosesi, piy toxumasının əriməsi və immun qabiliyyətinin yüksəlməsi qeydə alinmişdır.

OLIMPTRIBUSTERON 60 dopinq siyahısına daxil edilməmişdir, beləliklə, onu yarışlardan əvvəl və yarış vaxtı tam rahatlıqla istifadə etmək olar!

 

 

Tərkibi:

94% Tribulus terrestris ekstraktı

Köməkçi maddələr: mikrokristallik sellüloza, toz sellüloza, silisium dioksid, maqnezium stearat, kapsul (rəng jelatin, E171).

Qida dəyəri 1 kapsulda 3 kapsulda
Tribulus Terrestris / 60% / 500 mg 1500 mg
O cümlədən: saponinlər  300 mg 900 mg

 

Göstərişləri:

Fiziki və psixoloji yararlılığı, ümumiyyətlə xarakteri artıran agent kimi idmançılar və peşəkar aktiv böyüklər üçün.

Eyni zamanda, steroid preparatların qəbulu zamanı yan təsir kimi ortaya çıxan orqanizmin daxili testeron sintezinin  azalması fonunda OLIMPTRIBUSTERON 60 qəbulu vacibdir, bu onun daxili sintezi gücləndirilməsi ilə əlaqədardır.

Qəbul qaydası və dozalanma:

Gündə 1-2 kapsul, ən yaxşısı acqarına və ya dietoloq və ya həkimlə məsləhətləşəndən sonra başqa şəkildə qəbul edin. Məhsul böyüklərə qida əlavəsi kimi məsləhət görülür. Uşaqların əli çatmayan yerlərdə saxlayın. Məsləhət görülən gündəlik dozadan çox istifadə etməyin. Qida əlavələri müxtəlif çeşidli və balanslaşdırılmış qidalanma kimi istifadə olunmamalıdır.

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı hiperhəsslıq.

Uşaqlar, yeniyetmələr,  hamilə və süd verən qadınlar preparatdan istifadə etməməlidirlər.

Yan təsirləri:

Preparatın qəbulu zamanı nadir hallarda aqressivlik, artmış həssaaslıq, arterial təzyiqin dəyişkənliyi müşahidə oluna bilər.



Copyright © 2018 Inam MMC. Bütün hüquqlar qorunur.