Çünki sizin İnamınız Bizim uğurumuzdur !

Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
Ben.X
Sizin doğru seçiminiz
Bizi Facebook-da izləyin
BaVza Collection
Şöbələrimiz

Olimp ZМА

OlimpZМА  antioksidant formula malik qeyri-steroid mənşəli təbii anabolik kompleksdir. Məhsulda olan ayrı-ayrı maddələr orqanizmin travmalar, intensiv fiziki gərginliklərlə əlaqəli həddindən artıq gərginlik, iştahanın olmaması və oksidləşdirici stress kimi müxtəlif xoşagəlməz hallardan gündəlik müdafiəsi üçün lazımdır. Olimp ZМА testosteronun səviyyəsini və fəallığının artmasına səbəb olur, enerjinin daha effektli istifadəsinə görə cavabdeh olan  IGF –1(insulinəbənzər boy faktoru) və leptinin (piy toxuması hormonu) səviyyəsini artırır, güc göstəricilərini qaldırır və orqanizmin dözümlüyünü artırır. Məhsul zülal katabolizmini azaldır, əzələ kütləsinin qurulmasına kömək edir, əzələ spazmasının qarşısını alır, əzələlərdə fiziki gərginlikdən yaranan ağrılı hissləri yüngülləşdirir. Olimp ZМА həddindən artıq məşq etmənin kənar təsirlərini neytrallaşdırır, orqanizmin bərpasına şərait yaradır və oksidləşdirici stressin yaranmasının qarşısını alır. Bundan başqa o konsentrasiyanı yaxşılaşdırır və yuxu zamanı dərindən rahatlaşmaya səbəb olur. Olimp ZМА -nın tərkibində olan mikroelementlər və vitamin B6-ya olan tələb fiziki fəallığın artması ilə çoxalır.

Olimp ZМА tərkibində xelat formasında sink və maqnezium, amin turşuları və vitamin B6 olan məhsuldur.Maqnezium və sink amin turşu-xelat birləşməsi şəklindədir. Albion®brend adıyla patentləşdirilmiş bu birləşmələr bioloji kimyanın son uğurlarından hesab edilərək dünyanın 100-dən artıq ölkəsində nüfuz qazanmışdır. Mineral-amin turşu-xelat birləşməsi həzm sistemində çöküntü vermir, rahat  mənimsənilir, ən əsası isə tərkibindəki minerallar ion şəklində olduğu üçün yüksək biomənimsənilməsi ilə duzları qabaqlayır. Təsadüfi deyilki,  Amerika Qidaya Rəsmi Nəzarət Assosasiyası  (AAFCO), Fundamental və Tətbiqi Kimya Beynəlxalq Birliyi (İUPAC), məhz mineralların amin turşu-xelat birləşməsinin özəlliklərini vurğulayaraq, onun qida əlavəsi kimi istifadəsini tövsiyyə ediblər. Olimp ZМА idmançılar və aktiv həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulur.

Tərkibi:

99,2% ZMA ® (sink mono-L-metionin sulfat (L-OptiZink ®), sink aspartat, maqnezium sitrat, maqnezium oksid, piridoksin hidroxlorid – Vit B6.),

Köməkçı maddələr: maqnezium stearat, kapsul (jelatin, rəng: E 171).

3,5 mq (* 250%) 7 mg (* 500%) 10,5

Qidalanma dəyəri
Sink

Sink orqanizmdə geniş biokimyəvi əhəmiyyətə malik minerallardandır. O, insulinin tərkibinə daxil olaraq karbohidrat mübadiləsində iştirak edir, qanyaranmada, 200-ə yaxın fermentin sintezində, görmə zamanı fotokimyavi reaksiyalarda daxili sekresiya vəzilərinin fəaliyyətində və spermatogenezdə vacib rol oynayır. Təkcə DNT biosintezində iştirak edən 90-a yaxın fermentin vacib tərkib hissəsi olan sink yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir. Bu xüsusiyyəti onu toxumaların bərpası, orqanizmin inkişafı və boy artımında əvəzsiz edir. Tosqun hüceyrələrdən histamin sıçrayışını əngəlləyərək, membran toxunulmazlığını təmin edir. Sink orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, xəstəliklər zamanı sağalmanı sürətləndirir. Sinkin çatışmazlığı zamanı cinsi yetişkənlik, boy artımı zəifləyir, dərinin və selikli qişanın zədələnməsi ilə müşayət olunan olunan xəstəliklər- dermatitlər, parakeratozlar, keçəllik müşahidə olunur. Sink defisiti həm də toyuq korluğu, yaraların gec sağalması, dayaq hərəkət sistemi xəstəlikləri və yaddaş pozğunluğuna səbəb olur. Hamilə qadınlar, əmizdirən analar, yeniyetmələr, idmançılar və ardıcıl vegetarian qidalar qəbul edənlərin bədənində sinkin çatışmazlığı ola bilər.

 

Maqnezium

Maqneziumun orqanizm üçün olduqca böyük əhəmiyyəti var. Okalsium ilə sinergist təsir göstərərək sümük hüceyrələrində  maddələr mübadiləsini yaxşılaşdırır. Əzələyə və qana lazım olan mürəkkəb zülalların əmələ gəlməsində iştirak edir, 300-dən çox fermentin  sintezində aktiv rola malikdir. O, karbohidrat mübadiləsində iştirak edərək, əzələlərin enerjiyə artan tələbatını dəstəkləyir.. Maqneziumun sayəsində məşqdən sonra əzələ hüceyrələrinin enerji ehtiyatları tez bir zamanda bərpa olunur, onların artmış tonusu normallaşır.  Sinir keçiriciliyini tənzimləyən  maqnezium əzələləri qıcolmadan qoruyaraq, idmançıların mümkün travmalarının qarşısını alır. Məhz bu xüsusiyyətlərinin sayəsində tədqiqatlar zamanı maqneziumun idman məşqlərinin məhsuldarlığına müsbət təsiri sübuta yetirilmişdir.  Qərbi Vaşinqton Universitetində aparılan araşdırmaların nəticələrinə görə maqnezium əlavəsi alan idmançılarda bədən kütləsinin artması və güc nəticələri digər qrupdan əhəmiyyətli dərəcədə üstün olmuşdur. Maqnezium tər vasitəsi ilə itirilir ki, idmançılarda da, tər ifrazı adi adamlara nisbətən dəfələrlə çox olur. Məhz bu faktor nəticəsində  idmançılarda tez-tez bu mineralın defisitinə rast gəlinir.

Vit. B6

Sinir hüceyrələrində metobolizmi gücləndirir, hüceyrə və toxuma tənəffüsünü yaxşılaşdırır. Zülal, amin turşu və yağ mübadiləsində iştirak edir, hipoxolesterinemik xüsusiyyətlərə malikdir. Sinir-əzələ keçiriciliyini və qaraciyərin normal fəaliyyətini təmin edir. Bodibildinqdə və digər ağır atletika növlərində B qrupu vitaminləri arasında B6 vitamini daha çox ehtiyac duyulanıdır. Belə ki, B6 vitamini dözümlülüyü və məhsuldarlığı artırır, zülalların, aminturşuların mənimsənilməsini həyata keçirir. İdmançı nə qədər çox zülal və amin turşu qəbul edirsə, o qədər də çox B6 vitamini qəbul etməlidir.

 

Göstərişləri:

Olimp ZМА fiziki aktiv insanlar və peşəkar idmançılar üçün sink və maqnezium defisitini aradan qaldırmaq, bu minerallara olan gündəlik tələbatı ödəmək məqsədilə nəzərdə tutulmuşdur.

Eyni zamanda vegeterian qida qəbul edənlər, intensiv boy artımı dövründə olan yeniyetmələr və mineralların defisitini önləmək istəyən hər kəs Olimp ZМА qəbul edə bilərlər.

Qəbul qaydası və dozalanma:

Kişilər:  gündə 3 kapsul, qadınlar: gündə 2 kapsul yatmazdan 30-60 əvvəl.  Daha yaxşı nəticə almaq üçün kalsium tərkibli qidaların və qida əlavələrinin qəbulundan qaçmaq lazımdır.

 

Əks göstərişləri:

Məhsulun komponentlərinə qarşı hiperhəsslıq. Böyrək çatışmazlığı, hamiləlik və laktasiya zamanı həkimlə məsləhətləşilməlidir.

 

Yan təsirləri:

Müşahidə olunmamışdır.



Copyright © 2018 Inam MMC. Bütün hüquqlar qorunur.